Milli Məclisin plenar iclası davam edir.
Teleqraf.com xəbər verir ki, iclasa spiker Sahibə Qafarova sədrlik edir.
Spiker Dirçəliş Günü münasibəti ilə deputatları təbrik edib: “Bu gün ölkəmizdə Milli Dirçəliş Günü qeyd olunur. Hər kəsi təbrik edirəm”.
Qeyd edək ki, iclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanununun layihəsinin və büdcə zərfinə daxil olan digər məsələlərin müzakirəsi davam edir.
Hazırda iclas deputatların büdcə layihəsi ətrafında çıxışlarla davam edir. Çıxışa 50 deputat yazılıb.