12 Dekabr 2014 23:44
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il dekabrın 13-dən etibarən Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə seminar-müşavirələrə başlayır.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bələdiyyə seçkiləri prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirələrində dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Seminar-müşavirələrdə MSK üzvləri, MSK Katibliyinin əməkdaşları və DİN-in müvafiq qurumlarının nümayəndələrinin bələdiyyə seçkilərinin keçirilməsi və bu proseslərdə polisin rol və vəzifələri ilə bağlı müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

Seminar-müşavirələr 2014-cü il dekabrın 13-də Gəncədə, dekabrın 15-də Şirvanda və dekabrın 16-da Bakıda keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər