9 Dekabr 2022 15:22
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəxtiyar Hacıyevin barəsində olan təqdimat Xətai rayon Məhkəsinə daxil olub.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən göndərilən təqdimatda Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi tələb olunur.

Yaxın saatlarda təqdimat üzrə məhkəmənin keçiriləcəyi gözlənilir.

***

15:04

Bəxtiyar Hacıyev saxlanılıb, barəsində cinayət işi başlanılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib

***

14:39

Bəxtiyar Hacıyevin nədə ittiham olunduğu məlum olub.

Teleqraf.com xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi üzrə cinayət işi açılıb.

***

14.23

İctimai fəal Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.

Vəkil qeyd edib ki, hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Bəxtiyar Hacıyev Bakı şəhər Xətai Məhkəməsinə aparılır.

Qeyd edək ki, Bəxtiyar Hacıyevın jurnalist Ülviyyə Alovlunun şikayəti əsasında saxlanıldığı deyilir.

Mətbuatın yazdığına görə, onların arasında bir ildən çoxdur mübahisə var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər