Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov ən fəal və ən passiv dairələrin adlarını açıqlayıb. O bildirib ki, ən fəal seçki dairəsi 93 saylı Bərdə şəhər dairəsidir. Artıq bu dairədə 16.2 faiz seçici səs verib. Ən passiv ərazi 13 saylı Xəzər-Pirallahı seçki dairəsidir ki, iki saat ərzində cəmi 6 faiz seçici səs verib”.
Teleqraf.com-un məlumatına görə, R.Gülməmmədov bildirib ki, səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli “qaynar xətt”inə ümumilikdə 25 müraciət daxil olub: "Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".
Qeyd edək ki, seçici siyahılarına adları daxil edilən 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verir. Səsvermə məntəqələri saat 08:00-da açılıb, 19:00-da isə bağlanacaq. Xatırladaq ki, MSK gün ərzində daha 4 dəfə - 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumat verəcək.
Səxavət