28 Fevral 2023 21:43
328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov fevralın 28-də Bəhruz Bayramovun Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin".

İmzalanan digər Sərəmcamla Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Xəyalə Dadaşovaya həvalə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər