Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.
Teleqraf.com-un xəbərinə görə, Forum çərçivəsində “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusunda növbəti panel iclası keçirilir.
Bosniya və Herseqovinanın 2001-2002- ci illərdə Baş naziri; Bosniya və Herseqovinanın 2012-2015- ci illərdə Baş nazirinin müavini Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən panel iclasında 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç, 2009-2010-cu illərdə Çexiya Respublikasının Baş naziri Yan Fişer, 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov, Rumıniyanın 1996-2000-ci illərdə Prezidenti Emil Konstantinesku və Monteneqronun 2012-2016-cı illərdə müdafiə naziri Miliça Peyanoviç-Durisiç iştirak edirlər.
Hazırda panel iclası çıxışlarla davam edir.//Report