19 Mart 2023 12:32
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 19-na olan məlumatına əsasən, bəzi yerlərdə arabir yağış yağıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağan yağıntının miqdarı Göyçayda 7.0 mm, Balakəndə 5.0 mm, Qaxda 2.0 mm, Zaqatala, Qobustan, Qusar, Şəki, Yevlaxda 1.0 mm-dək olub.

Duman Daşkəsən, Naftalan, Şəmkir, Şəki, Şamaxı, Qrız, Şahdağ, Göyçay, İmişli, Kürdəmir, Neftçala, Biləsuvar, Lənkəran, Lerikdə, eləcə də Bakıda və Abşeron yarımadasında müşahidə olunub, görünüş məsafəsi 300 metrədək məhdudlaşıb.

Havanın temperaturu: martın 18-də Bakıda iqlim normasından 6.2° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17°-dək isti, Naxçıvanda 20°-dək isti, dağlıq rayonlarda 13°-dək isti, aran rayonlarında 23°-dək isti olub.

Martın 20-dən bəzi rayonlarda arabir yağıntılı olacağı, 22-si axşamdan əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər