Türkiyə Dəyanət İşləri Başqanlığı qadınların lazer və ya epilyasiya prosedurunun orucu pozub-pozmaması ilə bağlı suallarına aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, rəsmi açıqlamada bu prosedurların orucu pozmadığı qeyd olunub.
"Bədəndəki tüklərin hansı yolla olur-olsun təmizlənməsi orucu pozmur. Çünki oruc hər hansı bir şey yemək, içmək və cinsi əlaqəyə görə pozula bilər. Bu baxımdan tük aldırmaq orucu pozmaz", - deyə bildirilib.