1 May 2023 15:05
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində mayın 1-nə olan məlumata əsasən, hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə yağıntılar intensiv və güclü olub, dolu düşüb, şimal-qərb küləyi bəzi rayonlarda arabir güclənib.

Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Aprelin 30-da saat 13:10-13:14 radələrində Gəncə şəhərinə diametri 12 mm, Goranboy rayonu Aşağı Ağcakənd ərazisinə, saat 14:30-14:45 radələrində Goranboy rayonunun Muzdurlar, Borsunlu və Dəliməmmədli qəsəbəsinə 12-13 mm, 15:07 radələrində Goranboy rayonunun Erkeç mənəşli, Gürzallar, Rus Borisi kəndlərinə və Böylü qəsəbəsinə 4-5 mm, saat 15:38-15:51 radələrində Zaqatala rayonu və rayonun Muxax, Çobankol, Car kəndlərinə 22-25 mm, 15:13 radələrində Lənkəran rayonunda 1 mm, 16:28-16:30 radələrində Naftalanda 0.6 mm, 19:11 radələrində Tərtərdə 6 mm, 19:30 radələrində Tərtər rayonunun Səhləbad, Əskipara, Evoğlu, Qarağacı, Qaradağlı, Qapanlı kəndlərinə 14-15 mm, 19:40-19:42 radələrində Tərtər rayonunun İsmayılbəyli kəndinə 12 mm, mayın 01-i saat 00:50-00:52 radələrində Gədəbəy rayonuna 10 mm, saat 08:48-08:51 radələrində isə Naftalan rayonuna 0.7 mm olan dolu düşüb.

Düşən yağıntının miqdarı Ağcakənd məntəqəsi (Goranboy) 120.0 mm (3 aylıq normaya yaxın), Qax 28.0 mm, Şəkidə 19.0 mm, Mingəçevirdə 17.0 mm (aylıq normanın 50%-i), Zaqatalada 13.0 mm, Naftalan, Sabirabadda 10.0 mm, Şahdağda 9.0 mm, Göygöldə 8.0 mm, Balakəndə 7.0 mm, Cəfərxanda 6.0 mm, Lerikdə 5.0 mm, Lənkəran, Qırızda 4.0 mm, Şamaxı, Ağstafa, Altıağac, Xaltanda 3.0 mm, Gəncə, Tovuz, Qobustan, Tərtər, Astarada 2.0 mm, Daşkəsən, Gədəbəy, Ceyrançöl, İsmayıllı, Qusar, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Neftçala, Biləsuvarda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Aprelin 30-da Goranboy rayonu ərazisindən axan Gorançaydan və ona tökülən kiçik qollarından qısamüddətli sel keçib. Aprelin 30-da gecə saatlarında Samux rayonu ərazisindən axan Qabırrı-Kəsəmən avtomat hidroloji məntəqəsində suyun səviyyəsi kəskin artmış və çaydan sel keçmişdir. Mayın 1-də saat 03:45-dən başlayaraq Qabırrı-Kəsəmən avtomat hidroloji məntəqəsində suyun səviyyəsi yenidən artmağa başlayıbvə hazırda çaydan sel keçir.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Ağsuda 21 m/s, Şəkidə 20 m/s, Qax, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 18-23 m/s-dək güclənib, Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər