Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxsin kimliyi məlum olub.
Teleqraf.com xəbər verir ki, Tərtər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Kərimov həbs edilib.
***
08.14
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Teleqraf.com əbər verir ki, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.
Baş Prokurorluqdan bildirilib ki, əlavə məlumat veriləcək.