Elşən Xəzərin ötən gün saxlanılması ilə bağlı yayılan xəbər təsdiqini tapmayıb.
Bu barədə Globalinfo.az-a danışan Elşən Xəzər xəbəri təkzib edib:
“Mən evimdəyəm. Belə xəbəri kimin və niyə yaydığını bilmirəm. Haqqımda yayılan xəbərlər tamamilə yalandır. Mənim İranla heç bir əlaqəm yoxdur”.
***
Tanınmış meyxanaçı Elşən Xəzər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə MOUZE Teleqram kanalı məlumat yayıb.
Onun İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanıldığı bildirilir.