12 Yanvar 2015 12:25
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabr ayından Binəqədi rayonunda yaşayan aztəminatlı və imkansız ailələrin uşaqları üçün start verilən “Qayğılardan Uzaq Bir Saat”adlı layihə davam edir.

Teleqraf.com-un məlumatına görə, layihə çərçivəsində yanvar ayında Biləcəri qəsəbəsində yaşayan aztəminatlı və imkansız ailələrin uşaqları üçün “Oppalar” uşaq-əyləncə mərkəzində tədbir keçirilib. Tədbirdə uşaqlar 2 saat müddətində mərkəzdəki bütün attraksionlardan istifadə edib, əyləniblər.

Məlumat üçün bildirək ki, layihədə Binəqədi rayonunun 1 saylı sahə inzibati ərazi dairəsi və 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin ərazisində yaşayan aztəminatlı və imkansız ailələrin uşaqları da iştirak ediblər. Qeyd edək ki, bu layihə ilboyu davam etdiriləcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər