14 Yanvar 2015 18:53
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayonunun bir hissəsində su olmayacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu 2-ci mədən ərazisində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su xəttinin köçürülməsi ilə əlaqədar 15 yanvar 2015-ci il tarixdə gün ərzində Səbail rayonunun Bibiheybət və Şıx qəsəbələrinə, həmçinin 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Müəllif:

Oxşar xəbərlər