15 Yanvar 2015 17:17
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı 2015 Avropa Oyunlarının daha bir tərəfdaşı Coca-Cola şirkəti oldu. Şirkətin Avropa Oyunlarının rəsmi tərəfdaşı olmasına dair keçirilən mətbuat konfransında əməkdaşlığa dair müqavilə imzalandı.

Müqaviləyə əsasən Bakı 2015-in brendi şirkətin bütün Azərbaycan ərazisindəki “Coca-Cola” və “Bonaqua” içkilərinin etiketləri üzərində əks olunacaq. Şirkət həmçinin, xüsusi olaraq Bakı 2015 Avropa Oyunları üçün məhdud sayda məhsulların qablaşdırılmasını həyata keçirəcək və oyunlarla bağlı məlumatlılığı artırmağa kömək edən kompleks marketinq kampaniyasına başlayacaq. Tədbirdə çıxış edən Gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov bildirdi ki, Coca-Cola şirkətinin birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olduğunu təsdiq etməkdən böyük məmnunluq hissi duyur: “Beynəlxalq aləmdə tanınması və mühüm beynəlxalq idman yarışlarına hər zaman dəstək olmasını nəzərə alaraq Coca-Cola brendini Bakı 2015 Avropa Oyunları üçün mükəmməl tərəfdaş hesab edirik”.

Coca-Cola şirkətinin Türkiyə, Qafqaz və Mərkəzi Asiya regionu üzrə prezidenti xanım Qalya Frayman Molinas bildirdi ki, tezliklə beynəlxalq gündəmə ən mühüm idman yarışlarından biri kimi daxil olacaq birinci Avropa Oyunlarını dəstəkləyəcəyimiz üçün fəxr edirik: “Avropanı idman bayramında və fəal həyat tərzi yaşamaqda bir araya gətirəcək yeni və innovativ idman yarışları olan Avropa Oyunlarına dəstək göstərmək gözəl imkandır və biz Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilə əlaqələrimizi inkişaf etdirəcəyimizə ümid edirik. Bizim bu sahədə 80 ildən çox təcrübəmiz var və bu təcrübədən Azərbaycanda da istifadə edəcəyik”.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirdi ki, Coca-Cola şirkətinin mühüm çoxnövlü idman yarışları ilə əməkdaşlıq etməsi bağlanan müqaviləni Bakı 2015 Avropa Oyunları haqqında məlumatların yayılması baxımından mükəmməl fürsətə çevirir: “Bütün rəsmi tərəfdaş və dəstəkçilərimizin köməyi ilə biz bütün qitəsi bu yay keçiriləcək tarixi idman bayramına cəlb edəcək və müstəsna yarışlar həyata keçirəcəyik”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər