17 Oktyabr 2023 12:03
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim partiyamın müxalifətçiliyinə nə ehtiyac var. Biz cənab Prezidentin yanında olmalıyıq, nəinki qarşısında...”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

O qeyd edib ki, mənim artıq bir müxalifət partiyasının rəhbəri kimi torpaqlarımızı işğaldan azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin edən, suverenliyimizi bərpa edən, bütün İslam dünyasının lideri olan Prezident İlham Əliyevə qarşı çıxmağa haqqım varmı? Axı, bu, hamımızın istəyi və arzusu olub. Belə bir problemləri həll edən liderə qarşı necə müxalif mövqedə olmaq olar?..".

Deputat bildirib ki, bizim bundan sonra əsas vəzifəmiz Prezidentin yanında olmaqdır: “Müxalifət münaqişəsi nifrət üzərində qurulub. Mən onları sevgiyə, birliyə, həmrəyliyə çağırıram”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər