Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Cavid Ramazanov və Dövlət Yanğından Mühafizə Xidmətinin İdman-məşq kompleksinin məşqçisi Seymur Babayev Çin Xalq Respublikasının Harbin şəhərində Yanğınsöndürənlər və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının XXIV Beynəlxalq Konfransında iştirak edib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd 31 avqust-6 sentyabr 2023-cü il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş Yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XVIII və qadınlar arasında IX Dünya çempionatlarının yekunlarının müzakirəsi və 2024-cü ildə Çin Xalq Respublikasının Harbin şəhərində keçiriləcək növbəti Dünya çempionatlarına hazırlıqla əlaqədar fikir mübadiləsinin aparılması və bu barədə qərarların qəbul edilməsi olub.
Konfransda Federasiyanın gələcək planları, yanğın-xilasetmə idmanının beynəlxalq səviyyədə təbliği, bu sahədə əməkdaşlığın gücləndirilməsina dair məsləhətləşmələr aparılıb, 2023-cü ildə keçirilmiş sözügedən dünya çempionatlarının yekunları və 2024-cü ildə keçiriləcək mötəbər yarışlara hazırlıqla bağlı məsələlərə baxılıb.