23 Yanvar 2015 11:05
1 031

“İzahlı hüquq lüğətləri” adlı böyük layihənin mühüm tərkib hissəsi olan “Rusca-azərbaycanca izahlı hüquq lüğəti” (redaktor: prof. İsmayıl Məmmədli) artıq nəşriyyatdadır və bir ay ərzində işıq üzü görəcək.

Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, hüququn müxtəlif sahələrinə (mülki, cinayət, hərbi, beynəlxalq, mühasibat, bank və s.) aid 35 minə yaxın söz və sözbirləşməsini ehtiva edən “Rusca-Azərbaycanca izahlı hüquq lüğəti”nin hüquqşünaslara, maliyyəçilərə, tərcüməçilərə, alimlərə, hüquq və beynəlxalq hüquq fakültələrinin müəllim və tələbələrinə, xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara, ən nəhayət geniş oxucu kütləsinə faydalı olacaq.

Lüğətin müəllifləri – Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Rafiq Novruzov və Ali Məhkəmənin məsul əməkdaşı Könül Əliyeva – bu dəyərli kitabı ərsəyə gətirməklə hüquq və hüquq münasibətlərinin nizama salınması işinə əvəzsiz yardımlarını göstərmiş olurlar.

Xatırladaq ki, “İzahlı hüquq lüğətləri” adlı layihəyə əsasən 2012-ci ildə iki kitab – “Azərbaycanca-rusca izahlı hüquq lüğəti” və “Azərbaycanca-ingiliscə hüquq lüğəti (izahla)” nəşr olunub.

Hacı Zeynalov


Müəllif:
loading...