«Bir çox ölkələr və region xalqları arasında geniş yayılan «Koroğlu» dastanındakı epizodların erməni tarixi ilə çox bağlılığı var».
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, belə sərsəm iddianı erməni “türkoloq” Ruben Melkonyan irəli sürüb. Onun sözlərinə görə, bunu eposunun erməni kökləri ətrafında bəzi tezisləri araşdıran zaman aşkar edib: “Burada erməni tarixi ilə üst-üstə düşən çoxlu epizodlar var. Koroğlu real bir şəxsdir. O Cəlalilər hərəkatının rəhbəri olub. Cəlalilər hərəkatında isə ermənilər üstünlük təşkil edib”.
Melkonyan Koroğlunun erməni oğlu olmasını dair daha bir “fakt” göstərir: “Biz görürük ki, eramızdan əvvəl 4-cü ildə erməni çarı Tiran Arşakidkoy ata görə kor edilib. Öz sevimli atını İrana şahına göndərmədiyi üçün Tiranın gözləri çıxardılıb”.
“Türkoloq” həmçinin ermənilərin qəhrəmanlarını “Xoroqlu” adlandırdığını bildirib.
Samir