7 İyun 15:04
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstər ipoteka, istərsə də nağd şəkildə mənzil sahibi olmaq istəyənlər üçün Yasamalda yeni mənzillərin satışı başlayıb. “Kristal Abşeron” şirkətinin “Park Yasamal” layihəsində hər büdcəyə uyğun 2, 3 və 4 otaqlı mənzillərin satışı sürətlə davam edir. Qeyd edək ki, mənzillərin hamısı 10%-dən başlayan ilkin ödəniş və 20 ilədək kredit şərtləri ilə satılır.

“Kristal Abşeron” “Park Yasamal”da sakinlər üçün əvəzolunmaz imkanlar yaradır. Burada geniş və yaşıl həyət, müxtəlif təyinatlı ticarət obyektləri, istirahət zonaları, uşaqlar üçün oyun meydançaları, klinika, məktəb, bağça və fitnes mərkəzi yerləşir ki, bu da kompleksin bütün sakinlərinin rahatlığına xidmət edir.

Layihə Yasamal rayonunda, 3 saylı “ASAN xidmət” mərkəzi, Xarici dairəvi yol və Bayraq parkı yaxınlığında yerləşir ki, bu da sakinlərə şəhərin müxtəlif istiqamətlərinə asan və sürətli çatmaq imkanı verir.

Kristal Abşeron “Park Yasamal”da mənzilləri beynəlxalq standartlara cavab verən Avropa brendləri ilə təmir etməklə sakinlərin uzunmüddətli rahatlığını təmin edir. Mənzillərin təmirində Almaniyanın "Grohe" və "Hansgrohe" hamam aksesuarları, Amerikanın "Guardian Glass" pəncərə şüşələri, İtaliyanın "Prysmian" yanmayan kabelləri, Kanadanın "Coswick" parketləri və İtaliyanın "Gewiss" elektrik açarları və aksesuarları istifadə olunur.

Satış ofisinə yaxınlaşaraq, 10% ilkin ödəniş və 20 ilədək ipoteka krediti ilə siz də tam təmirli və göl mənzərəli mənzil sahibi ola bilərsiniz.

Ətraflı məlumat üçün: *1544 / 0504480000

www.kristalabsheron.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər