Hindistanın Kerala əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 45 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, Hindistanın baş naziri Narendra Modi həyatını itirənlərin ailələrinə başsağlığı verib və zərərçəkənlərə dəstək veriləcəyini bildirib.
Əyalətin Vayanad bölgəsində güclü yağışlardan sonra torpaq sürüşməsi baş verib. Rəsmilər torpaq sürüşməsi nəticəsində 45 nəfərin həyatını itirdiyini və bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
Hindistanın baş naziri Narendra Modi Vayanadın bəzi yerlərində baş verən sürüşmələrdən təəssüfləndiyini bildirib: "Dualarım yaxınlarını itirən hər kəslədir. Zərərçəkənlərə kömək etmək üçün xilasetmə işləri davam edir. Mən Kerala Baş Naziri Pinarayi Vijayanla görüşdüm və oradakı mövcud vəziyyəti nəzərə alaraq ona hər cür köməklik göstərdim", - deyib.
Mələksəda Zeynallı