11 sentyabr axşam saatlarından etibarən Bakı bulvarı əhalinin giriş və çıxışına qapadılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri "Formula-1"in açılışına hazırlaşır. Tədbirin keçiriləcəyi yolun istiqaməti Bakı bulvarına paralel olduğu üçün 15 sentyabra qədər əhalinin əraziyə giriş-çıxışına qadağa qoyulub.