3 Noyabr 08:05
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səlahiyyətliləri, keçən il 8,2 milyon xəstə ilə rekord qıran vərəmin indi "aparıcı yoluxucu xəstəlik" olduğunu xəbərdar etdi. Rəsmilər xəbərdarlıq edir ki, Viktoriya dövründə vərəm kimi tanınan xəstəliyin ilkin mərhələləri soyuqdəymə və ya qripə bənzəyir, lakin yoluxmuş hər altı nəfərdən birini öldürə bilər.

Teleqraf.com ÜST-ə istinadla bildirir ki, bu artım 2023-cü ildə vərəmin Covid-19-u üstələyərək aparıcı yoluxucu xəstəliyə çevrilməsi deməkdir.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus "Vərəmin qarşısını almaq, aşkar etmək və müalicə etmək üçün vasitələrə malik olduğumuz halda, bu xəstəliyin hələ də bir çox insanı öldürməsi və xəstə etməsi biabırçılıqdır" deyə vurğulayıb.

İngiltərədə də artım müşahidə olunur. Son məlumatlara görə, 2024-cü ildə hadisələr ötən illə müqayisədə yeddi faiz artıb. Britaniya səhiyyə orqanları keçən il hadisələrin əvvəlki ilə nisbətən yüzdə 11 artmasından o qədər narahat olublar ki, bunun səbəbini öyrənmək üçün araşdırmaya başlayıblar.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər