11 Noyabr 14:28
250
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dekarbonizasiya ilə bağlı problem həm də bu istiqamətdə standartlaşdırmanın olmaması ilə bağlıdır" .

Teleqraf.com xəbər verir ki, bu sözləri COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində - tədbirin Yaşıl Zonasının açılışında bildirib.

O qeyd edib ki, dekarbonizasiya və karbon bazarlarının idarə edilməsi bütün dünya üçün böyük məsələdir: “Karbon bazarları, bununla bağlı qaydalar və digər məsələlər COP29 çərçivəsində keçiriləcək İqlim Fəaliyyəti Sammitinin əsas mövzularından biri olacaq".

A.Nəcəf vurğulayıb ki, dekarbonizasiya və karbon bazarlarının idarə edilməsinə dair problemlər həm də bu istiqamətdə standartlaşdırmanın, bazarda tənzimləmənin olmaması ilə bağlıdır: "Lakin bu barədə pessimist olmağa haqqımız yoxdur, çünki həll yolları tapmaq məqsədilə bir araya gəlmək üçün bizə dəstək olan böyük tərəfdaşlarımız var. Biz problemlərin öhdəsindən gəlməyə çalışırıq".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər