14 Noyabr 11:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beynəlxalq ictimaiyyətin Azərbaycanda COP29 kimi beynəlxalq tədbirlərə qatılması stabilliyi görməsi və imkanları kəşf etməsi baxımından önəmlidir. Bu həm də əlavə maliyyə və investisiyalar deməkdir".

Teleqraf.com xəbər verir ki, bunu COP29 çərçivəsində “Better Cotton” (Daha Yaxşı Pambıq) mövzusunda keçirilən tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

"Azərbaycanda pambıq əkilən sahələr hər il artır. Amma narahatedici əsas məqamlardan biri su ehtiyatlarının məhdud olmasıdır. Azərbaycan kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqinə önəm verir, bu sahədə rəqəmsallaşmaya fokuslanıb. Texnologiyaların Azərbaycana gətirilməsinə tətbiq edilməsinə çalışırıq. Əsas məsələrdən biri fermerlərin bacarıqlarınının artırılması və qeyri-ənənəvi əkin sisteminin inkişaf etdirilməsidir. COP29 çərçivəsində keçirilən bu müzakirələr bizə təcrübələrin paylaşılması baxımından fürsətlər yaradır”, - o qeyd edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər