30 Noyabr 10:22
202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan şəhərində “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfrans keçirilir.

Teleqraf.com xəbər verir ki, konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, dövlət rəsmləri və din xadimləri iştirak edirlər.

Konfransda müvafiq dövlət qurumlarının nümayəndələri çıxış edəcək, sessiyalarda dövlət-din münasibətlərinin müxtəlif aspektləri, dini maarifləndirmə sahəsində mövcud problemlər və onların həlli yolları müzakirə olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər