Azərbaycanın şərq rayonlarında dekabrın 30-31-də (Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) arabir yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında isə dekabrın 30-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.