Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin qara qutularını deşifrə etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər Braziliyaya gedəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə raziliya Hərbi Hava Qüvvələri məlumat yayıb.
"Beynəlxalq Mülki Aviasiya Konvensiyasına 13-cü maddəsinə uyğun olaraq, Qazaxıstanın Hava Qəzalarının Təhqiqat Departamentinin sorğusuna cavab olaraq, Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi Qazaxıstandan, Azərbaycandan və Rusiyadan üç nümayəndə prosesə nəzarət edəcək" - məlumatda deyilir.
Bundan başqa təyyarənin qara qutuları bu gün Braziliyaya çatacaq.
Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb.