09:26
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.

Teleqraf.com xəbər verir ki, Xocalı sakini, 1996-ci il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır.

Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı, qazi, müharibə veteranıdır. Hazırda ANAMA- da işləyir. Məmmədovlar ailəsi bir müddət əvvəl Ballıca kəndinə köçüblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər