10:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə naziri Fərid Əhmədov fevralın 14-də Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərini qəbul edəcək.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 13 fevral tarixinədək Şirvan regional ədliyyə idarəsinə (ünvan: Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, əlaqə telefonu: +994 21-215-60-23) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər