17:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisi şəhərinin keçmiş meri (2005-2013), müxalif “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Gigi Uqulava həbs edilib.

Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, o, strateji və yaxud xüsusi əhəmiyyətli obyektin kollektiv şəkildə bloklanmasına cəhddə ittiham olunur.

G.Uqulava ilə yanaşı eyni ittihamla daha yeddi nəfər həbsə alınıb. Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin şəxslərin törətdikləri qanunsuz əmələ görə dörd ilədək həbs müddəti nəzərdə tutulub.

Qeyd edək ki, eks-mer və digər şəxslər fevralın 2-də Tbilisinin Aqmaşenebeli prospektində keçirilmiş etiraz aksiyası zamanı saxlanılıblar. Etirazçılar əsas magistral yollardan birini bağlamağa cəhd ediblər.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər