15:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək Böyük Dəbilqə turnirində Yaponiyanın məşhur cüdoçuları da iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, "gündoğan ölkə" komandasının baş məşqçisi Keyci Suzuki yarışa gəlmələrinin səbəbini açıqlayıb.

"Yuko" fəndinin qaytarılmasına sevinirəm. Bir çox qarşıdurmada "naqe-vaza"mız (fırlatma fəndi - red) olub. "Qızıl xal"a gedən görüşlərimiz isə azdır. Döyüşlərimiz daha çox "naqe-vaza" ilə bitib. Bakıya ən güclü heyətimizlə gələcəyik ki, yeni qaydalar əsasında keçiriləcək yarışda gücümüzü sınayaq".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək yarış 14 - 16 fevralda baş tutacaq. Yaponiya turnirdə 19 cüdoçu ilə təmsil olunacaq.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər