"TNT Sports" portalı yanvarda dünya futbolunda həyata keçirilmiş ən bahalı transferlərin siyahısını tərtib edib.
Teleqraf.com xəbər verir ki, reytinq cədvəlində İngiltərənin “Mançester Siti” klubunun 4 transferi yer alıb.
Siyahıda Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya 3-cü, Özbəkistan yığmasının futbolçusu Abdukodir Xusanov isə 7-cidir.
İlk 10-luq:
1. Con Duran - 77 milyon avroya İngiltərə "Aston Villa"sından Səudiyyə Ərəbistanı "Əl-Nəsr"inə keçib.
2. Ömər Marmuş - 75 milyon avroya Almaniyanın "Ayntraxt Frankfurt" klubundan "Mançester Siti"yə keçib.
3. Xviça Kvaratsxeliya - 70 milyon avroya İtaliyanın "Napoli" klubundan Fransa PSJ-sinə transfer olunub.
4. Niko Qonzales - 60 milyon avroya Portuqaliya "Portu"sundan "Mançester Siti"yə keçib.
5. Xavi Simons - 50 milyon avroya PSJ-dən Almaniyanın "Leyptsiq" klubuna keçib.
6. Qaleno - 50 milyon avroya "Portu"dan Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna transfer olunub.
7. Abdukodir Xusanov - 40 milyon avroya Fransa "Lans"ından "Mançester Siti"yə transfer olunub.
8. Viktor Reis - 37 milyon avroya Braziliyanın "Palmeyras" klubundan "Mançester Siti"yə keçib.
9. Luis Enrike - 33 milyon avroya Braziliyanın "Botafoqo" klubundan Rusiya "Zenit"inə keçib.
10. Santyaqo Ximenes - 32 milyon avroya Niderlandın "Feyenoord" klubundan İtaliya "Milan"ına transfer olunub.
Qeyd edək ki, futbol tarixinin ən bahalı transferi PSJ-yə məxsusdur. Paris klubu 2017-ci ildə İspaniya "Barselona"sından 222 milyon avroya Neymarı heyətinə qatmışdı.