1 Mart 2015 03:11
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın Ekologiya İdarəsinin Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentinin mütəxəssisləri Nəqliyyat İdarəsində “Avro-4” ekoloji normaların tətbiq edilməsi və tullantıların idarə olunması mövzusunda təqdimatlar keçiriblər.

SOCAR-dan Teleqraf.com-a bildirlib ki, təqdimatda müasir elmi-texniki tərəqqi dövründə böyük sənaye obyektləri, müxtəlif nəqliyyat vasitələri və digər mənbələrdən ətraf mühitin, xüsusən atmosfer havasının intensiv çirklənməsindən danışılıb, son dövrlər planetimizdə baş verən qlobal iqlim dəyişmələrinin mühüm problemlərdən biri olduğu qeyd edilib.

Ekoloji ölçmə ilə bağlı təqdimatda deyilib ki, mütamadi aparılan ekoloji müayinələrdə SOCAR-ın nəqliyyat vasitələrindən atılan zərərli qazların miqdarının “Avro-4” standartlarının normalarına uyğun ölçülməsini təmin etmək məqsədilə Ekologiya İdarəsinin Avro normalarına dair “İş Proseduru” sənədi hazırlanıb.

Bu sənədin tətbiqi ekoloji müayinələr zamanı alınan nəticələri hər avtomobilin öz “Avro” sinifinin normaları ilə müqayisə etməsinə imkan yaradır və hər nəqliyyat vasitəsinə fərdi yanaşmanı təmin edir. Sonra SOCAR-ın “Tullantıların İdarə Olunması Planı”nın (TİOP) icrası ilə əlaqədar aparılan işlərlə bağlı təqdimat olub.


Müəllif:

Oxşar xəbərlər