Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Avrasiya və Şərqi Avropa Tədqiqat işləri üzrə Milli Şurası ilə birgə həyata keçirdiyi Carnegie Tədqiqat və İxtisas artırmı Proqramının (Carnegie Research Fellowship Program) koordinatoru Alexey Kharlamov Bakı Dövlət Universitetində təqdimat edib.
BDU-nun Mətbuat və İnformasiya şöbəsindən Teleqraf.com-a verilən məlumatda bildirlir ki, Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldova, Rusiya və Ukraynadan olan humanitar və ictimai elmlər sahəsində fəaliyyət göstərən elmi işçilər bu proqram çərçivəsində ABŞ-ın müxtəlif universitetlərində tədqiqat imkanlarından yararlanmaq və ABŞ universitetlərində 4 ay müddətində elmi-tədqiqat işi aparmaq imkanı qazanır. Proqramda iştirak etmək üçün ərizə qəbulunun son günü 30 aprel 2015-ci ildir.
Təqdimat, eyni zamanda, Xəzər Universiteti, Qafqaz Universiteti, Azərbaycan Dillər Universiteti, AMEA və ADA Universitetində də keçiriləcək.
SEVİL