10 Aprel 2015 19:45
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyun ayında keçiriləcək Avropa Oyunları zamanı ölkəmizə gələcək qonaqlara Mingəçevir Turizm Kollecinin tələbələri və məzunları bələdçi və tərcüməçi kimi xidmət edəcək. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubovun sözlərinə görə, Avropa Oyunlarında avarçəkmə idmanı üzrə yarışlar bu şəhərdə təşkil olunduğundan rəhbərlik etdiyi turizm təhsili müəssisəsi də tədbirə öz töhfəsini verməyi planlaşdırır.

Kollecin fəaliyyətindən söz açan Ə.Əyyubov qeyd edib ki, turizm sahəsi qeyri-neft sektorunda iqtisadiyyatın inkişafı üçün ən perspektivli sahələrdəndir. Ölkəmizdə bu sahənin inkişafı üzrə geniş potensial imkanlar var: “Eyni zamanda, bu sahənin inkişafını təmin etmək üçün bacarıqlı mütəxəssislər tələb olunur. Mingəçevir Turizm Kolleci yarandığı gündən öz fəaliyyətini güclü maddi-texniki bazanın və kadr potensialının hazırlanmasına, tədris intizamının formalaşmasına və beynəlxalq əlaqələrin qurulmasına yönəldib. Hazırda bizim təhsil müəssisəsində 12 ixtisas üzrə mütəxəssis hazırlanır”.

Kollecin beynəlxalq əlaqələrindən də danışan Ə.Əyyubov bu günlərdə iştirakçısı olduqları "AİTF 2015" sərgisinin müxtəlif ölkələrdən turizm mütəxəssisləri ilə fikir mübadiləsi baxımdan əhəmiyyətini qeyd edib: “Artıq üç ildir ki, bu sərgidə iştirak edirik. Sərgi bu il daha geniş coğrafiyanı əhatə edir. Bu, həm regionların, həm də xarici ölkələrin sərgiyə artan marağının göstəricisidir. Belə sərgilər Azərbaycanın turizm imkanlarını beynəlxalq aləmdə tanıtmağa yaxşı imkan yaradır”.


Müəllif:

Oxşar xəbərlər