15 Aprel 2015 19:46
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü, texnika elmləri doktoru, REA-nın Geofizika Xidmətinin direktoru Aleksey Maloviçko AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev ilə görüşüb.

AMEA-dan Teleqraf.com-a bildiriblər ki, görüşdə A.Maloviçko seysmologiya və seysmik kəşfiyyat sahəsində REA-nın əldə etdiyi elmi uğurlardan danışıb, Azərbaycan seysmoloqlarının tədqiqatları və iş metodu ilə də yaxından tanış olduğunu bildirib.

Həmçinin AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Rusiya Elmlər Akademiyasının geofiziki xidmət sahəsində apardığı işlərdən söz açılıb, gələcəkdə müştərək tədqiqatların həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Tərəflər arasında Respublika Seysmoloji Xidmət Mərkəzində qarşılıqlı anlaşma memorandumunun imzalanmasının nəzərdə tutulduğu bildirilib.


Müəllif:

Oxşar xəbərlər