20 Aprel 2015 17:47
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan mətbuatı işğalçı düşüncəyə mənsub olan rəsmi İrəvanın dəstəkçisinə çevrilib. Qərəz, böhtan, dezinformasiya düşmən mətbautının əsas süjet xəttidir. Ağrıdıcı məqam ondan ibarətdir ki, Azərbaycan mətbuatı, xüsusən onlayın internet resursları bəzi hallarda düşmən mətbuatının dövlətimizin, cəmiyyətimizin əleyhinə olan məkirli məlumatlarının bilməyərəkdən təbliğatçısına çevrilir.

Qəzetlər və saytlar əsasən cəbhə mövzulu xəbərlərdə ermənilərin dezinformasiyalarının təsiri altına düşür. Təxribatların qarşısının alınmasında şəhid olan və yaralanan əsgərlərimizin sayı, Milli Ordunun cəbhəboyu həyata keçirdiyi müdafiə xatarkterli taktik planları, qoşunların dislokasiya, həyata keçirilən əməliyyatlar, o cümlədən sərhədyanı kəndlərdəki real vəziyyətlə bağlı informasiyalarda bəzən yanlışlıqlara yol verilir. Yanlışlıqlar isə bir başa Azərbaycan dövlətinin əleyhinə yönəlir.

Jurnalist Ekspert Mərkəzi(JEM) bu kimi problemlərin aradan qaldırılması, ölkə mətbuatının müharibə şəraitinə adekvat fəaliyyət göstərməsini təmin etmək məqsədilə "Diqqət! Düşmən mətbuatıdır” adlı layihə həyata keçirir. Azərbaycan Respublikasınən Prezidenti Yanında QHT-lərə Dövlət Dsətəyi Şurasının maliyyələşdirdiyi bu layihənin əsas məqsədi ölkə mətbuatında dövlət və hərbi sirri təşkil edən, milli təhlükəsizliyimizə xələl yetirən, eləcə də düşmən mətbuatına istinadən verilən təxribat xarakterli informasiyaların qarşısını almaq, media nümayəndələri arasında maarifləndirmə işləri aparmaqla problemin həllinə yardımçı olmaqdır.

JEM sədri Ceyhun Musaoğlu və təşkilatın sədr müavini Nicat Dağlar tərəfindən bu gün BMM-də keçirilmiş mətbuat konfransında layihə çərçivəsində görüləcək işlərdən söz açılıb. Qeyd olunub ki, JEM nümayəndələri 3 aylıq layihə dövründə jurnalistlərlərlə müzakirələr aparacaq, hansı informasiyaların hərbi sirr təşkil etdiyini göstərən qeydlərin və bu tip məlumatların yayılmasını qadağan edən qanunlardan çıxarışların əks olunduğu xüsusi bildiriş lövhələrini redaksiyalara təqdim edəcəklər.

Layihədə cəbhə bölgəsində yerləşən hərbi hissələrdən bir neçəsində əsgərlərlə görüşlərin keçirilməsi də nəzərdə tutulub. Bu kimi görüşlərdə əsgərlərimizə kommunikasiya imkanlarından istifadə edərək cəbhə bölgəsində baş verənlərin çəkilməsi və internetə yerləşdirilməsinin ziyanlı tərəfləri izah olunacaq.
Tədbirdə xüsusi vurğulanıb ki, müharibə şəraitində olan ölkənin “KİV Haqqında” Qanunu, “Dövlət sirri haqqında” Qanunu, o cümlədən milli təhlükəsizliyə xələl gətirən informasiyaların, dövlət siri təşkil edən hərbi məlumatların KİV-də yayımlanmasını yasaqlayan müvafiq qanunvericilik aktları var ki, bütün bunlar da düşmən mətbuatına münasibətdə olduqca ehtiyatlı davranmağı tələb edir.

"Azərbaycan mətbuatı, xüsusən online internet resursları bəzi hallarda düşmən mətbuatının dövlətimizin, cəmiyyətimizn əleyhinə olan məkrli məlumatlarının bilməyərəkdən təbliğatçısına çevrilir. Qəzetlər, saytlar əsasən cəbhə mövzulu xəbərlərdə ermənilərin dezinformasiyalarının təsiri altına düşürlər”.

Bu fikirləri Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu “Diqqət! Düşmən mətbuatıdır” adlı adlı layihənin mətbuat konfransında səsləndirib. O, mətbuatın bu sahədə yol verdiyi yalnışlıqların, yaydığı dezinformasiyaların Azərbaycan dövlətinin əleyhinə yönəldiyini bildirib: “Təxribatların qarşısının alınmasında şəhid olan və yaralanan əsgərlərimizin sayı, Milli Ordunun cəbhəboyu həyata keçirdiyi müdafiə xarakterli taktik planları, qoşunların dislokasiya, həyata keçirilən əməliyyatlar, o cümlədən sərhədyanı kəndlərdəki real vəziyyətlə bağlı informasiyalarda bəzən yalnışlıqlara yol verilir. Yalnışlıqlar isə birbaşa Azərbaycan dövlətinin əleyhinə yönəlir”.

Jurnalist Ekspert Mərkəzi bu kimi problemlərin aradan qaldırılması, ölkə mətbuatının müharibə şəraitin adekvat fəaliyyət göstərməsini təmin etmək məqsədilə “Diqqət! Düşmən mətbuatıdır” adlı adlı layihə həyata keçirir. Layihənin əsas məqsədi ölkə mətbuatında dövlət və hərbi sirri təşkil edən, milli təhlükəsizliyə xələl yetirən, eləcə də düşmən mətbuatına istinadən verilən təxribat xarakterli informasiyaların qarşısını almaq, media nümayəndələri arasında maarifləndirmə işləri aparmaqla problemin həllinə yardımçı olmaqdır.

JEM-in sədr müavini Nicat Dağlar bildirib ki, layihə çərçivəsində cəbhə bölgəsində yerləşən hərbi hissələrdən bir neçəsində əsgərlərlə görüşlərin keçirilməsi də nəzərdə tutulub. Onun sözlərinə görə, bu kimi görüşlərdə əsgərlərə kommunikasiya imkanlarından istifadə edərək cəbhə bölgəsində baş verənlərin çəkilməsi və internetə yerləşdirilməsinin ziyanlı tərəfləri izah olunacaq.

Konfrans təşkilatçıları bildiriblər ki, layihə müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində həyata keçiriləcək və artıq həmin qurumlarla birgə işin müxanizmləri ətrafında müzakirələr aparılıb.
“Düşmən mətbuatına istinad və cəbhədəki əməliyyatların işıqlandırılması xüsusunda ehtiyatlı davranış torpaqları işğalda saxlanılan ölkənin mətbuatının üzərinə düşən ən böyük öhdəlikdir. Bu öhdəliklərə ciddi əməl olunması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti institutları aktiv fəaliyyətə keçməlidir” – deyə, mətbuat konfransında vurğulanıb.

Qeyd edək ki, “Diqqət! Düşmən mətbuatıdır” adlı Facebook səhifəsi də JEM-in layihəsinin tərkib hissəsidr. Səhifə artıq fəaliyyətə başlayıb.

Tədbirdə Müdafiə Nazirliyinin Dövlət Sirrinin Mühafizəsi Xidmətinin bölmə rəisi polkovnik-leytenant Rafiq Məmmədov, millət vəkili Aqil Abbas, Qarabağ Qaziləri Birliyinin sədri Etimad Əsədov, “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət, Azərbaycan radiosunun əməkdaşı, hərbu jurnalist Tural Quluzadə, hərbi jurnalist İbrahim Rüstəmli və digərləri çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.


Müəllif:

Oxşar xəbərlər