29 Aprel 2015 13:45
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın akademik katibi Rasim Əliquliyev bu gün akademiyanın ümumi yığıncağında texniki elmlərlə məşğul olan alimlərin dil bilgisinə münasibət bildirərkən bu barədə danışıb.

Onun sözlərinə görə, dilə daxil olan elm sahələrinə aid sözlərin Azərbaycan dilinə uyğunlaşdırılması alimlərdən asılıdır və bildirib ki, dünyanın yeni terminoloji lüğətinin yaradılır.

Azərbaycanda Nazirlər Kabineti nəzdində Terminologiya Komissiyası yaradıldığını deyən akademik bu gün müxtəlif sözlərin Azərbaycan dilinə gəlməsi xaotik xarakter daşıdığını bildirib: “Kompüter bütün dünyada açıqdır və oradan istənilən termin dilimizə gəlir. Azərbaycanda elmi dilin qorunması alimlərin çiynindədir. AMEA-da bu istiqamətdə işlər aparılır. Elektron hökumətin tərkib hissəsi kimi terminoloji baza yaratmaq istəyirik ki, yeni terminlərdən Azərbaycan elmində düzgün istifadə edilsin, dil qorunub saxlanılsın”.

SEVİL


Müəllif:

Oxşar xəbərlər