4 May 2015 21:20
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda təhsilin magistratura pilləsinin açılması ilə əlaqədar mətbuat konfransı keçirilib. Tədbirdə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov və təhsil şöbəsinin rəhbəri Abasəd İsayev iştirak edib.

Teleqraf.com-a daxil olan xəbərə görə, konfransda Fizika İnstitutunda magistr pilləsində təhsil alacaq magistrlar üçün yaradılacaq imkanlar haqqında məlumat verilib. Bildirilib ki, burada magistrlar iki ixtisası üzrə (nəzəri və riyazi fizika və bərk cisim fizikası) üzrə təhsil ala biləcəklər. Bu ixtisaslar üzrə ödənişsiz əsaslarla 4 yer ayrılıb, onlardan 3-ü bərk cisim, biri isə nəzəri fizika ixtisası üzrə nəzərdə tutulub.

SEVİL


Müəllif:

Oxşar xəbərlər