6 May 2015 13:30
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin Azərbaycandakı səfiri Mərkəzi Elmi Kitabxanada çıxış edib

Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub. MEK-in direktoru Leyla İmanova görüşün ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Cənab Nasir Əbdül Kərim iki ölkənin münasibətlərindən, Azərbaycanla Fələstin arasında fəal əməkdaşlıqdan, siyasi münasibətlərin yaxşı səviyyədə davam edəcəyindən danışıb.

Diplomat Fələstində baş verən siyasi hadisələrin ölkəsinin elminə, təhsilinə və mədəniyyətinə təsirsiz ötüşmədiyini bildirib. Bu məqsədlə Azərbaycanın müasir elmi mərkəzləri və ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsində və onlarım təcrübəsindən yaralanmaqda fayda olduğunu vurğulayıb.

Azərbaycanda bəzi ali təhsil ocaqlarında və elmi müəssisələrdə keçirdiyi görüşlərdən söz açan səfir azərbaycanlıların Fələstin barədə daha çox məlumatlı olduğunu, fələstinlilərin isə Azərbaycan barədə bir o qədər də geniş məlumata malik olmadığını qeyd edib. Bunu nəzərə alaraq, ölkəsinin tanınmış kitabxanaları ilə MEK arasında informasiya mübadiəsi, müştərək proqram və layihələrin həyata keçirilməsinin labüd olduğunu deyib: “Arzu olunan haldır ki, bütün şərq ölkələrinin müasir kitabxanaları arasında vahid kordinasiya qurulsun, vahid dildə məlumat bazası yaradılsın. Şərq elmi, mədəniyyəti və tarixi haqqında məlumatlar dünyaya Qərbin təqdim etdiyi kimi deyil, Şərq ölkələrinin özlərinin dili ilə çatdırılsın.”

Səfir MEK ilə ölkəsinin elmi müəssisələri və ali təhsil ocaqları arasında əlaqələrin qurulmasına və sıx əməkdaşlığın aparılmasına çalışacağını söyləyib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər