11 May 2015 21:27
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın tanınmış rejissoru Andrey Konçalovskinin Ulu Öndər Heydər Əliyev haqqında çəkdiyi “Hakimiyyətin yükü” ikihissəli filmi mayın 10-11-də Qırğızıstanın KTRK dövlət televiziya kanalında nümayiş etdirilib.

Filmdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, milli təhlükəsizlik orqanlarında işlədiyi dövr haqqında ətraflı söhbət açılır. Ulu Öndərin 1969-cu ildən 1982-ci ilədək Azərbaycana rəhbərlik etdiyi, eləcə də Moskvada işlədiyi dövrlər də ekran əsərində yer alıb.

Filmdə Azərbaycanın müstəqilliyinin bərpasından sonra dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəni böhrandan xilas etməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunması və digər sahələrdə misilsiz xidmətləri diqqətə çatdırılır.

Xatırladaq ki, həmin film bir neçə gün əvvəl Qırğızıstanın “Piramida” televiziya kanalında yayımlanmışdı.

Qırğızıstanda rus dilində yayımlanan “Veçernıy Bişkek” qəzetində Azərbaycanın səfiri Hidayət Orucovun ulu öndər Heydər Əliyevə həsr olunan “Dövlət başçısı olmaq – vəzifədir, liderlik isə - alın yazısıdır” sərlövhəsi dərd edilib. Məqalənin qırğız dilində versiyası “Kırqız Tuusu” qəzetində də yerləşdirilib.

Yazıda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyev mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti ətraflı təhlil edilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində xidmətləri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məqalədə, həmçinin Ermənistan silahlı qüvvələrinin işğal altındakı torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyi vurğulanır. Ermənistanın beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayaraq, torpaqlarımızı hələ də işğal altında saxlayaraq dünya ictimaiyyətinə meydan oxuması təəssüf doğuran hal kimi diqqətə çatdırılır.


Müəllif:

Oxşar xəbərlər