19 May 2015 20:34
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiəsi Cəmiyyəti Bakıda baş verən dəhşətli yanğınla bağlı məlumat yayıb. Təşkilat faciədən kədərləndiyini bildirərək yanğın nəticəsində ölənlərə Allahdan rəhmət diləyir, ölənlərin yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı verir və xəsarət alanlara şəfa diləyir.

D.Əliyeva adına AQHMC aidiyyatı strukturları və müvafiq orqanları ölkə başçısının şəxsi nəzarətinə götürdüyü bu hadisənin güzəştsiz istintaqının aparılmasına çağırır və gələcəkdə bu cür hadisələrin təkrar olunmaması, təhlükəsizliyin qorunması üçün daha ciddi tədbirlər görüləcəyini gözləyir.


Müəllif:

Oxşar xəbərlər