22 May 2015 00:30
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiyanın “Şərəf” ordeni ilə təltif olunub.

APA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.

Bu gün Rusiya prezidenti Vladimir Putin ordeni Polad Bülbüloğluna təqdim edib. Səfir Rusiya prezidentinə yüksək mükafata görə təşəkkürünü bildirib.

Ümumilikdə ali dövlət mükafatlarına 40 nəfər layiq görülüb. Onların arasında elm və mədəniyyət xadimləri, siyasətçilər, diplomatlar, dini təşkilatların nümayəndələri, idmançılar, kosmonavtlar və iş adamları var.


Müəllif: