QOÇ - Proseslərin axarı sizi qane edəcək. Xırdaçılığa yol verməsəniz, dedi-qodudan, qeybətdən yayınsanız, istər fəaliyyətdə, istərsə də münasibətlər zəminində hər şey normal olacaq.
BUĞA - İxtiyarınızda olan bu təqvimdən qeyri-adi nəsə gözləməyin. Bütün ciddi planları başqa vaxta saxlayın. Maddi durumunuzu yüksəltmək istəyirsinizsə, saat 15-17 aralığını seçin.
ƏKİZLƏR - Başınızda daima ziddiyyətli fikirlər olur, bəzən bu, hətta münasibətlərin pozulmasına da rəvac verir. Heç olmasa, bu gün obyektiv olun. İşlərinizə vicdanla yanaşın.
XƏRÇƏNG - Yaxın on gündə görəcəyiniz işlərin həllinə bu gündən start verməlisiniz. Lazım gəlsə, etibarlı tərəfdaşlarınızın köməyindən də yararlana bilərsiniz. Gün şüasından qorunun.
ŞİR - Həmkarlarınızla münasibətdə soyuqluq yaranmasını istəmirsinizsə, onların ədalətli mövqeyi ilə razılaşın. Vəzifələrinizə isə məsuliyyətlə yanaşın. Dənizə getmək və ya səyahətə çıxmaq olar.
QIZ - İndiki ağır zamanda dostlarla, qohumlarla münasibətlərə xələl gətirmək savablarınızı azalda bilər. Hər bir prosesə obyektiv yanaşın. Yalnız bu halda ulduzlar sizi uğurlara çatdıra bilər. Bu gün istirahətə də vaxt ayırın.
TƏRƏZİ - Üzərinizə götürdüyünüz öhdəliklərə məsuliyyətlə yanaşın. Hər hansı səhlənkarlıq sizi gözdən sala bilər. Hər boş sözdən çılğınlaşmayın. Doğmalarınızla mütləq əlaqə saxlayın.
ƏQRƏB - Hər mənada uğurlu gün hesab etmək olar. Sadəcə olaraq günün nəbzini tutmağı bacarmalısınız. Yay istirahətinə başlamaq üçün çox münasibdir. Cibiniz boş deyilsə, hərəkətə keçin.
OXATAN - Təxminən saat 17-yə qədər yalnız adi, gündəlik işlərinizlə məşğul olun. Qeyri-adi və ya hər hansı risklərə yol verməyin. Bununla yanaşı səhhətinizə də fikir verməlisiniz.
OĞLAQ - Gələcək planlarınızı reallaşdırmaq üçün etibar etdiyiniz təcrübəli insanlarla danışıqlar aparmağa dəyər. Amma gərək hər bir məsələdə ədalət prinsiplərini əsas tutasınız. Yeri gəlsə, risk də etmək olar.
SUTÖKƏN - Qarşınızda duran vəzifələri ləyaqətlə yerinə yetirsəniz, qarşınızda duran təqvimdən razı qalacaqsınız. Bu gün şəxsi büdcənizi artırmaq üçün fəallaşmalısınız. Uzaq yola çıxmayın.
BALIQLAR - İlk növbədə ünsiyyət məsələlərində səbr nümayiş etdirin ki, ümumi ovqatınız yüksək olsun. Heç bir maliyyə sövdələşmələrində iştirak etməyin. İşlə bağlı vəziyyət normal olacaq.