27 İyul 2015 12:54
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZAL mətbuatda Naxçıvan Muxtar Respublikasına noutbuk buraxılmaması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

AZAL-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda qeyd olunur ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır.

Həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır.

Məlumatda bildirilir ki, noutbukların daşınmasına qadağa qoyulmayıb və Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır.


Müəllif:

Oxşar xəbərlər