Biz yemək yeyən zaman mədəmiz turşu ifraz edir. İfraz edilən turşunun rolu mədəyə daxil olan qidanı həzm etməkdir. Ancaq bu turşunun həddən çox olması bir çox mədə xəstəliklərinə, o cümlədən də reflüks xəstəliynə gətirib çıxara bilər.
Bəs mədə turşuluğunu necə azaltmaq olar?
Mütəxəssislər bəzi qidaların mədədəki turşu miqdarını tarazlayaraq qıcqırma, köpmə kimi problemlərin qarşısını aldığını bildirirlər. Bu qidalar mədə xəstəliklərindən qorunmağın ən yaxşı vasitəsidir.
Publika.az həmin qidaları təqdim edir:
Zəncəfil
Mədədəki turşuluğu balanslaşdıran ən təsirli vasitələrdən biri zəncəfildir. Xalq təbabətində mədə problemlərinə qarşı istifadə edilib. Zəncəfil çayı içə və ya yeməklərinizə əlavə edərək yeyə bilərsiniz.
Aloe- vera
Aloe-vera yağını bəzi yeməklərə əlavə etmək olar. Ancaq çox diqqətli olmaq lazımdır. Çünki zəhərlənmə verə bilər.
Banan
Banan həm tox saxlayır, həm də mədə turşuluğunu tarazlaşdırır.
Qovun
ph dəyəri 6.1 olan qovun mədə üçün ən faydalı qidalardan biridir.
Cəfəri
Cəfəri də mədə üçün faydalı qidalardan biridir. Salatlara əlavə edərək yeyə bilərsiniz. Çiy halda yemək tövsiyə edilir.