28 Avqust 2015 08:19
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ikinci telekommunikasiya peyki “Azerspace-2”-nin tikintisi ilə məşğul olacaq şirkəti müəyyənləşdirib. Bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir bildirib ki, şirkətin adı yaxın zamanda açıqlanacaq: “Peykin orbitə çıxarılması 2017-ci ilin sonu, 2018-ci ilin əvvəlinə planlaşdırılır”.

Xatırladaq ki, peykin tikintisi və yerüstü idarə mərkəzi üçün avadanlığın tədarükü tenderində ABŞ ("Orbital" və "Space Systems Loral"), Çin ("China Great Wall Industry Corporation") və Fransa ("Airbus Defence and Space") şirkətləri iştirak edir.


Müəllif:

Oxşar xəbərlər