5 Oktyabr 2015 11:22
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev məhkəmə qərarından kasasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, İntiqam Əliyevin kasasiya şikayəti Ali Məhkəmədə, hakim İlham Cəfərovun icraatına verilib.

Məhkəmə oktyabrın 7-də keçiriləcək.

İntiqam Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İntiqam Əliyev apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə İntiqam Əliyevin şikayəti təmin edilməyib.

İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb

Hacı Zeynalov


Müəllif: