“Düşünürəm ki, Azərbaycanda turizmin bütün növləri inkişaf etdirilməlidir. O cümlədən də, ov turizmi. Burda qanuna zidd, cəmiyyətimizə isə mənfi təsir edə biləcək heç bir şey görmürəm”.
Teleqraf.com xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında ərəb şeyxlərinin Azərbaycanda ov etmələrinə münasibət bildirirkən deyib. O bildirib ki, turizmin bir sahəsi olan ov bütün dünyada olduğu kimi Azərbaycanda da qanunlar çərçivəsində həyata keçirilir: “Ova Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən lazimi icazələr verilir. O icazələr çərçivəsində bu turizm sahəsiin fəaliyyəti həyata keçirilir. Bütün dünyada bu mövcuddur. Hesab edirəm ki, imkanlı adamlar Azərbaycana gəlib, vəsaitini xərcləyirlər və bu vəsait insanların dövriyyəsinə daxil olursa buna ancaq sevinməliyik. Bir daha deyirəm, ölkəmizdə lisenziyalar əsasında, qanunvericilik çərçivəsində Azərbaycan mədəniyyətinə, təbiətinə, tarixi abidələrinə xələl gətirməmək şərtilə bütün növ turizm fəaliyyəti həyata keçirilə bilər”.
Nərmin