Bakının Səbail rayonunda taksi sürücüsünə qarşı soyğunçuluq edən dəstə üzvləri zərərsizləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Səbail rayon Cinayət-Axtarış Şöbəsinin və 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Quba rayon sakini, 1996-cı il təvəllüdlü Fərid Abbasov və Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Mehman Paşayev tutulublar.
Onlar oktyabrın 4-də Badamdar yolunda taksi sürücüsü, Quba rayon sakini Nəsimi Tahirovun 350 manatını almaqda şübhəli bilinirlər.
Hacı Zeynalov